102 GƏNC TARİXİ QALADA TÜRK BAYRAĞI DALĞALANDI

19 May Atatürkü anma, Gənclik və Spor bayramı münasibətilə Türkiyədə Nevşehir qalasında 102 gənc Türk bayrağı dalğalandırıb. Anadolu Ajansın verdiyi bilgiyə əsasən Nevşehir bələdiyyəsi tərəfindən düzənlənən Gənclik Yürüşündə böyük ölçüdə Türkiyə respublikasının bayrağını 102 gənc təfəindən Damat İbrahim Meydanındakı bələdiyyə binasından Nevşehir qalasına kimi əllərində aparıblar. Bildirilir ki, Tarixi qala divarları arasında dalğalanan və gözəl görüntü yaradan bayrağın uzunluğu 22 metr, eni 15 metrdir.