Azərbaycan Respublikası Audiovizual Şurasında regional audiovizual media redaksiyalarının rəhbərləri ilə dəyirmi masa keçirilib. Audiovizual Şuradan bildiriblər ki, görüşdə “Media haqqında” Qanuna uyğun olaraq mövcud lisenziyaların yenilənməsi, məzmun istehsalı ilə bağlı regional yayımçıların üzləşdiyi problemlər, “Media haqqında” Qanunun bir sıra tələblərinin icrası ilə bağlı yaranan suallar, audiovizual proqramlarda saxta və yalan xəbərlərin, o cümlədən, şər, böhtan xarakterli materialların yayımlanmaması məqsədilə redaksiyaların qarşısında duran vəzifələr,
Statistik məlumatlara görə bu ilin ilk 5 ayı ərzində Azərbaycan Avropaya qaz ixracatını
Bu ilin sonunadək Azərbaycana gələn turistlərin sayı 1,5 milyonu keçəcək.
Qubada Vətən müharibəsi şəhidi Tamerlan Əliyevin adı verilən küçənin asfaltlanmasının tamamlama işləri həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vətən Müharibəsi şəhidinin adını daşıyan küçənin asfaltlanması ilə əlaqədar işlərin gedişatı ilə yerində tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir.
Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edir.
Güney azərbaycanlılara ana dilində təhsili qadağan edən İran rejimi erməni məktəblərinin fəaliyyətinə hərtərəfli şərait yaradıb. 40 milyon azərbaycanlının İranda bir məktəbi belə yoxdur. Bu barədə Azad İran telegram kanalı bilgi yayıb.
Dekabrın 16-sı saat 17:20-dən 18:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Qoturbulaq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Göyəlli və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi bilgi yayıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vladimirovka kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirib.