ZİBİL VAXTINDA DAŞINMADIĞINDAN SAKİNLƏR NARAHATDIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1022
			
	
        
		
			
		
		
	
	
		Xaçmazın Hacıəlibəy kənd sakinləri uzun illərdir bu problemdən qurtula bilmir. Kəndin giriş hissəsinə yığılan qalaq – qalaq zibil ətrafda yaşayan  sakinləri narahat edir. Sakinlər bildirirlər ki, dəfələrlə aydiyatı qrumlara xəbərdarlıq olunub, ancaq bir nəticə yoxdur. Hamı zibili gətirib stadionun yanına atır. Zibilliyin yanında yaşayanlar da bu problemdən beziblər. Məsələ ilə bağlı Hacıəlibəy kənd bələdiyyəsinin sədri bu əraziyə gəldi və bildirdi ki, zibillər mütəmadi daşınır.  Ancaq mütəmadi daşınması üçün vətəndaşların bələdiyyəyə olan borcları vaxtında ödənməlidir. O da qeyd olunur ki, sakinlərin özləri də zibilləri hara, necə gəldi tullayırlar. Sakinlər məsələnin kökündən həll yolunu məhəllə aralarına zibil qutularının yerləşdirilməsində görür. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				