ZEYTUN TURŞUSU ERKƏN ÖLÜMƏ SƏBƏB OLUR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 992
			
	
        
		
			
		
		
	
	
		Zeytunun tərkibində insan orqanizmi üçün çoxlu faydalı maddələr var, lakin onun həddindən artıq istehlakı  sağlamlığa ciddi ziyan vura bilər. Medicina.az bildirir ki, bunu tibb elmləri doktoru, dietoloq Mixail Qinzburq “Sputnik”ə müsahibəsində deyib. “Aralıq dənizi və Fransa mətbəxində yüksək qiymətləndirilən zeytun yağı bir sıra müalicəvi xüsusiyyətlərə malikdir. Omeqa-9 doymamış yağ turşuları ilə zəngin olan bu yağı normada istehlak etsək, iltihablanma riskini və damar xəstəliklərinin yaranma riskini azaltmış olarıq”, - deyə dietoloq bildirib. Onun sözlərinə görə, bu meyvənin əsas faydası həm də tərkibində antioksidantların və müxtəlif mikro və makroelementlərin yüksək olmasındadır. “Lakin zeytun adətən duzlanır və ya turşu halında istehlak edilir. Bu da zeytunu çox yüksək duz ehtiva edən məhsula çevirir. Belə qidanın həddindən artıq istehlakı damar divarlarına mənfi təsir göstərir və hipertoniyanın inkişafına səbəb olur. Tədqiqatlar artıq duzun hardasa şəkər qədər təhlükəli olduğunu və erkən ölümə səbəb olduğunu göstərir”, - deyə ekspert qeyd edib. Qinzburq əlavə edib ki, optimal miqdar gündə 2-3 ədəddir: “Eyni zamanda, əgər piylənmə əlamətləri varsa və ya hipertoniyadan əziyyət çəkirsizsə, zeytunu ümumiyyətlə qida rasionuna daxil etməməyiniz daha yaxşı olar”. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				