YENİ YOL 2023-CÜ İLDƏ İSTİFADƏYƏ VERİLƏCƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1062
			
	
        
		
			
		
		
	
	
		 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə davam etdirilir. Yeni magistral yolda aparılan işlər  çərçivəsində yol yatağının, körpü və yol ötürücülərinin, avtomobil tunelinin, yolaltı keçidin, suötürücü borunun tikintisi üzrə işlər davam etdirilir. Həmçinin torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur, yol əsası hazır olan hissələrdə artıq asfaltanma işlərinə start verilib. Hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından magistral yolun hər iki tərəfi çəpərlənir. Bundan başqa ödəniş sisteminin hazırlanması, turniket, kameralar və server sisteminin quraşdırılması işləri də icra olunur. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				