YENİ MƏKTƏB BİNASININ TİKİNTİSİNƏ BAŞLANACAQ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 968
			
	
        
		
			
		
		
	
	
		Qubanın Bağbanlı qəsəbəsindəki məktəb binası artıq 2 ilə yaxın idi ki,  qəzalı vəziyyətdə idi. İndi artıq valideynlərin, məktəb kollektevinin və şagirdlərin həsrətində olduğu yeni məktəb binasının tikintisi başlayır.
Qubada Heydər Əliyev fondunun dəstəyi ilə 20 məktəb binası tikilib. Ümumilikdə isə 4 il yarım bir vaxt ərzində bu 31-ci məktəb binasıdı ki, tikiləcək. Amma bu  31 məktəb binasının 20-sini Heydər Əliyev fondu tikib. Bu sözləri Quba rayonunun Bağbanlı qəsəbəsində köhnə məktəb binasının yenisi ilə əvəzlənəcək məkanda işlərin gedişatı ilə tanış olan rayon rəhbəri Ziyyədin Əliyev dedi.
Məktəb kollektivi və qəsəbə sakinləri də görüşən Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qəsəbənin günü-gündən inkişaf etdiyini və gələcəkdə şagird sayının çox olacağını nəzərər alaraq qəsəbədə tikiləcək olan məktəbin 360 şagird yerlik olacağını bildirdi.
    
        
                    
            
	
	
				
				
		
	
	
				