YENİ GÜLƏZİYƏ SU ÇƏKİLİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 972
			
	
        
		
			
		
		
	
	
		Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Güləzi İnzibati ərazi dairəsinin  Afurca kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				