YAŞLI ERMƏNİ YAŞADIĞI EVİ YANDIRDI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 787
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan torpaqlarını işğal etdikdən sonra qanunsuz olaraq Laçının Zabux kəndində  məskunlaşan ermənilər cinayət törətməkdə davam edirlər. Belə ki, Zabux kəndini tərk etməyə hazırlaşan daha bir erməni evini yandırıb. Görünən odur ki, illərdir sığındıqları evləri yandırmaq, bu millətdə bir vərdişə çevrilib. Bu dəfə də 86 yaşlı Radik Ofsipyanın evin divarlarına və döşəməsinə benzin tökərək od vurarkən çəkilən videogörüntüsü sosial şəbəkələrin erməni seqmentində paylaşılıb. Özgə torpağına ömürlük yiyələnəcəyini düşünən Radik evi yandırarkən- ölməyimə az qalsa da illərdir yaşadığım evə düşmən türklərin girməsinə imkan vermərəm – deyə bildirib. 86 yaşlı bir erməninin özgənin evini öz evi hesab etməsi, bu millətin nə dərəcədə xəstə bir düşüncəyə sahib olduğunun bariz nümunəsidir. Bu yaşa çatmış birisinin qayıdanların düşmən yox, bu evlərin əsl sahibləri olduğunu bilməməsi onu deməyə əsas verir ki, ermənilərin nə yaşlısında, nədə cavanında sağlam düşüncə tərzi ötən 30 ildə formalaşmayıb.  Qeyd edək ki, bundan əvvəl də Laçını tərk edən bir neçə erməninin yaşadığı evi yandırması ilə bağlı görüntülər yayılmışdı. Buna bənzər hadisələr hələ ermənilərin 2020 – ci ildə Qarabağın azad olunmuş ərazilərini tərk edərkən də baş vermişdi.
    
        
                    
            
	
	
				
				
		
	
	
				