XUDAT ŞƏHƏRİNDƏ GÜCLÜ YANĞIN BAŞLAYIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 845
			
	
        
		
			
		
		
	
	
		Şabran və Qubadan sonra Xaçmazın Xudat şəhərində  də güclü yanğın başlayıb.
Xaçmaz rayonunun Xudat şəhəri  yaxınlağında meşə massivində güclü yanğın başlayıb. Yanğın Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində biçilmiş taxıl sahəsi və meşə massivini əhatə edib. Təxminən ümumilikdə  30 hektara yaxın ərazi yanıb. Bundan başqa, Xudat-Xaçmaz magistralında hər iki istiqamətdə avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti qoyulan postlar axşam saatlarında aradan qaldırılıb. Yanğın baş verən əraziyə hal hazirda FHN-nin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib.  
Meşə massivində baş verən yanğının yaxınlıqda olan yaşayış evləri və digər obyektlər üçün heçbir təhlükə yaratmayıb.
Yanğının söndürülməsi və soyudulması  istiqamətində tədbirlər davam etdirilir.  
    
        
                    
            
	
	
				
				
		
	
	
				