XANIMLARI ZORAKILIQDAN QORUYAQ!
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 863
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Kənd Qadınlarının  Problemlərinin Həllinə Dayaq İctimai Birliyi tərəfindən Qubanın II Nügədi kəndində “Kənd qadınlarının hər cür zorakılıq hallarından qoruyaq!” devizi altında tədbir keçirildi. “Quba rayonunun kəndlərində zorakılığa məruz qalmış kənd qadınları üçün hüquqi yardım və maarifləndirmə işlərinin təşkili” layihəsi çərçivəsində keçirilən tədbirdə Kənd Qadınlarının Problemlərinin Həllinə Dayaq İctimai Birliyinin sədri Kəklik Qurbanova, Quba Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər  şöbəsinin baş məsləhətçiləri Aynur Yəhyayeva, Əhməd Nurullayev, təlimçi ekspert Sevil Allahverdiyeva, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Müşfiq Mahmudov, gənclər və kənd sakinləri iştirak etdilər. Tədbir iştirakçılarının salamlayan İctimi Birliyin sədri Kəklik Qurbanova layihənin önəmini vurğuldı.Tədbirdə çıxış edən Quba rayon İcra hakimiyyəti aparatının nümayəndəsi Aynur Yəhyayeva rayonun kəndlərində belə bilgilindirici tədbirlərin təşkilinə görə  Kənd Qadınlarının Problemlərinin Həllinə Dayaq İctimai Birliyinə öz təşəkkürünü bildirərək son dövrlərdə maddi və mənəvi dəstək üçün müraciət edən qadınların əksəriyyətinin ailədə zorakılıq halları ilə üzləşən insanlar olduğunu diqqətə çatdırdı.
    
        
                    
            
	
	
				
				
		
	
	
				