Bütün dünyanı bürüyən yeni növ koronavirus epidemiyasının yayılmasına qarşı ölkəmizdə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olmaq məqsədi ilə Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən nəcib aksiya təşkil olunub.
Ölkəmizdə həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək məqsədi ilə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb. Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çatdırılıb,özlərinin və yaxınlarının müəyyən edilən qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.Aksiya çərçivəsində ümumilikdə 300-dən çox sürücüyə tibbi spirt, maska və əlcək paylanılıb. Sürücülər Xaçmaz polisi tərəfindən keçirilən bu nəcib aksiyaya və göstərilən diqqətə görə bütün polis əməkdaşlarına minnətdarlıqlarını ifadə ediblər. Sonda onu da xatırladaq ki , bu tədbirlər Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında da davam etdirilir. Belə ki, şöbəyə gələn hər bir vətəndaşın əllərinin dezinfeksiya edilməsi ,əlcək və tibbi maska ilə təmin olunması həyata keçirilir.