VİZASIZ REJİMİN UZADILMASI ÖLKƏLƏRİMİZ ÜÇÜN NƏ KİMİ DƏYİŞİKLİYƏ SƏBƏB OLDU?

Azərbaycan ikinci dəfə müstəqil olduqdan sonra Türkiyə hər zaman bir qonşu və qardaş ölkə olaraq, Azərbaycanı hər sahədə dəstəkləyib və yardımlarını ölkəmizdən əsirgəməyib. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr gündən günə inkişaf etməkdədir.

Ölkələrimiz arasında sərbəst gediş-gəlişi təmin etmək üçün 2007-ci ildən qardaş ölkə Azərbaycan vətəndaşlarına viza rejimi ləğv eləyib. 1 ay Azərbaycan vətəndaşları bu ölkədə sərbəst qalmaq hüququ qazanıb. Ölkəmiz isə ötən ilin sentyabr ayının 1-dən başlayaraq Türkiyə vətəndaşları üçün viza rejmini ləğv elədi.Beləliklə iki ölkə vətəndaşları bir-birinə sərbəst şəkildə gediş- gəliş edə bilirlər. Mütəxəssislər qarşılıqlı viza rejminin ləğvinin hər iki ölkə üçün müsbət təsir edəcəyini və əlaqələrin daha da inkişaf edəcəyini düşünürlər. Vizasız rejimin tətbiqindən 3 ay sonra Azərbaycana gələn Türkiyə vətəndaşlarının sayı da 5.1 % artım maşahidə edilib. Xatırladaq ki, bu ilin fevral ayının 25-də qardaş ölkə Azərbaycana vizasız rejimi 30 gündən 90-ə qədər uzatdı. Araşdırmaçılar viza rejminin uzadılmasını ölkələr arasında turizm, iqtisadiyyat və digər sahələrin inkişafını artıracağını bildirir.