VƏTƏN SAVAŞININ 18 YAŞLI ŞƏHİDİ

Xaçmazda Vətən müharibəsində torpaqlarımızı işğalçılardan azad edərkən şəhidlik zirvəsinə ucalan Cabar Əkpərovun xatirəsi anılıb.Suqovuşan döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanın məzarı üstünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılaraq ruhuna dualar oxunub.Anım mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Anım mərasimində iştirak edən şəhidin müəllimləri və uşaqlıq dostları onunla bağlı xatirələrini bölüşüb, Vətən Müharibəsi şəhidini yaxından tanıdıqları üçün onunla qürur duyduqlarını bildiriblər. Təhsil aldığı məktəbin şagirləri isə vərənpərvərlik ruhlu şerlər səsləndiriblər.