TULLANTILARI YEYİB YOX EDƏN GÖBƏLƏK TAPILDI

Aparılan son araşdırmalara görə, dünyamızda külli sayda plastik tullantılar mövcuddur. Tək dünya okeanının özündə 5 trilyondan çox plastik kütlələri üzməkdədir ki, bunların da ümumi çəkisi yüz tonlarladır. Bəs bu qədər tullantı ilə nə etmək olar?

 Dizayner Katarina Unqer və Culiya Kayzinqer Hollandiyanın Utrext universitetinin tədqiqatçıları ilə birlikdə məişət plastiki ilə qidalanan yeyilə bilən göbələk yetişdirib. Belə ki, göbələklə plastik material, siz isə göbələklə qidalanırsız. Kiçik olsa da, maraqlı ekosistemdir. Yel universitetinin tədqiqatçıları poliuretanı parçalamağa qadir olan Pestalotiopsis Microspora göbələk ailəsini kəşf edib. Bu plastik materialdan təmiz şəkildə yenidən necə istifadə etməyin mümkün olduğu ilə bağlı bir sıra araşdırmaların aparılmasına səbəb oldu. Bu araşdırmaların nəticəsi alimləri belə bir sual ətrafında düşünməyə vadar edir: Ətraf mühitin çirklənməsinin qarşısını almaq məsələsi ilə eyni zamanda qida çatışmazlığı problemini də həll etmək mümkündürmü? Plastik ilə qidalanan göbələklər insan üçün sözün əsl mənasında qida mənbəyi ola bilər. Dizayner bunun üçün kiçik stol formasında olan mini-ferma maketi də yaradıb. Plastiki yeyilə bilən məhsula çevirmək üçün o ilk öncə “aktivizasiya kamerasına” yerləşdirilir və o burada ultrabənövşəyi işığın köməkliyi ilə sterilizə olunur və parçalanmaq mərhələsinə keçir. Daha sonradan plastik şüşə materialdan olan “yarımkürə artım” hissəsində aqardan hazırlanmış dairəvi hücrələrə yerləşdirilir. Göbələyin fəal şəkildə inkişafı məhz burada başlayır. Bu kifayət qədər qəribə proses olsa da, yaradılmış məhsulun son vəziyyəti dadlı təsir bağışlayır.