TOKİO-2020: AZƏRBAYCAN İKİNCİ MEDALINI TƏMİN EDİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1481
			
	
        
		
			
		
		
	
	
		Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan ikinci medalini təmin edib. Buna 69 kq çəki dərəcəsində  yer alan Alfonso Dominges nail olub. 26 yaşlı idmançı 1/4 final görüşündə türkiyəli Bayram Malkanı üstələyib. Qaydalara əsasən, yarımfinala vəsiqə boksçuya ən azı bürünc medal təminatı verir. Bu səbəbdən, Dominges Azərbaycanın aktivinə növbəti medalı yazdıracaq. Həmin medalın əyarı isə növbəti günlərdə müəyyənləşəcək.
    
        
                    
            
	
	
				
				
		
	
	
				