Aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir.UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalırAzərbaycanda da cazı çox sevirlər.
Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən Beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir.Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulub.Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayır. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanıb.Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtouz musiqiçi muğamla cazın sintezini yaratmışdır. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir. Aprelin 30-u xalq artisti, professor, ustad tarzən Ramiz Quliyevin doğum günüdür.R.Quliyev 1947-ci il bu günündə Ağdamda anadan olub. 1964-69-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.Xalq artisti 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivalında birinci mükafata, Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müsabiqəsində isə laureat adına layiq görülüb. O, 1988-ci ildə YUNESKO-nun xətti ilə ABŞ-da keçirilən beynəlxalq folklor festivalında xüsusi diploma layiq görülüb.Tarzən 1982-ci ildə əməkdar artist, 1988-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.1994-cü ildə Türkiyənin İzmir şəhərindəki Ege Universitetində, 1997-ci ildə İsrailin Yerusəlim şəhərində və 2002-ci ildə Tehran Dövlət Mədəniyyət və İncəsənət Universitetində “ustad dərsləri” verib. 2001-ci ildə “Simurq milii mükafat fondu”nun təsis etdiyi XXI əsrin ilk laureatları - ali dərəcəli mükafatı – “İlin fədakar sənətçisi” fəxri adına layiq görülüb. Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 11 il ötür.2009-cu ilin 30 aprel tarixində ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Gürcüstan vətəndaşı Fərda Qədirov sonuncu mərtəbəyə qədər qarşısına çıxan şəxslərə "Makarov" tipli tapançadan atəş açıb.Güllə 25 nəfərə tuş gəlib. Onlardan 13-nün həyatını xilas etmək mümkün olsa da, 12 nəfər dünyasını dəyişib.Fərda Qədirov sonda özünü güllələyib. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar insanları əsasən baş və boyun nahiyəsindən güllələyib. Gülləyə tuş gələnlərin içərisində akademiyanın professorları, laborantlar, tələbələr, müəllimlər, qapıçı və hətta yeməkxanaya süd məhsulları gətirən yaşlı bir qadın da olub.