TARİXDƏ BU GÜN (4 aprel)

1935-ci il 4 aprel tarixində Bakı şəhərində Manıyevlər ailəsində anadan olan Azərbaycan kinosunun inkişafında böyük əməyi olan Muxtar Manıyevin doğum günüdür.

Aktyorluq karyerasında 157 filmə çəkilib. Muxtar Maniyevin kinoya gəlişi "Onu bağışlamaq olarmı?" filmi ilə başlayıb. Sonradan Bizim Cəbiş müəllim, O qızı tapın, İnsan məskən salır kimi filmlərdə möhtəşəm rolları ilə xalqın sevgisini qazanmışdır. Azərbaycan Respublikasının xalq artisti 2016-ci il 22 dekabr tarixində 81 yaşında dünyasını dəyişib. Aprelin 4-ü bütün dünyada Beynəlxalq İnternet Günü kimi qeyd edilir. 2005-ci ildən tətbiq olunan bu bayram insanların həyat səviyyəsinin yüksəlməsinə xidmət edən yeni texnologiyaların imkanlarını nümayiş etdirmək, bu texnologiyalar və onların funksiyaları haqqında daha dərin məlumatları təqdim etmək üçün düşünülmüşdür. İnternet sözü ilk dəfə olaraq 1990-cı ildə istifadə olunmağa başlayıb. 1994-cü ildə ilk dəfə olaraq internetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlamışdır. Dünyada, küçədə yaşayan pişik və itlərin sayının təxminən 600 milyon olduğu təxmin edilir. Sahibsiz heyvanların qalmağa yerlərini, qidalanması kimi məsələləri diqqət mərkəzində olması üçün hər il 4 aprel 'Ümumdünya Küçə Heyvanları Günü' olaraq qeyd olunur. Şimali Atlantika Müqaviləsi Təşkilatı- qısa adı ilə NATO. Sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin hərbi ittifaqı. 4 aprel 1949-cu ildə qurulmuşdur və hazırda 29 üzvü var. Təşkilatın üzvləri hər hansı xarici gücdən gələ biləcək hücuma qarşı ortaq müdafiə həyata keçirir. NATO-nun Baş Qərargahı üzv ölkələrdən biri olan Belçikanın paytaxtı Brüssel şəhərində, Müttəfiq Qüvvələrin Əməliyyat Komandanlığının baş qərargahı isə Belçikanın Mons şəhəri yaxınlığında yerləşir.