TARİXDƏ BU GÜN (22 aprel)

22 aprel Beynəlxalq Yer Günü kimi qeyd olunur.bu günün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir.

Belə ki, ABŞ sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il aprelin 22-si ölkənin Nebraska ştatında “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb.1970-ci ildən isə ABŞ-da, ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbii mühitin əhəmiyyətinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb. Tədricən bu bayram beynəlxalq xarakter alaraq 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. “Yer günü” ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. İmmanuel Kant 1724-cü ilin bu günü Küniqsberqdə dünyaya gəlib. Kantın fəlsəfəsi “Xalis zəkanın tənqidi”, “Praktik zəkanın tənqidi”, “Mühakimə qabiliyyətinin tənqidi” əsərlərində qabarıq şəkildə əks olunub.İ.Kant neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biridir. Onun adı tarixdə 100 ən çox öyrənilən şəxsiyyətlər siyahısına daxil edilib. İmmunil Kant sağlamlığının qeydinə qalaraq özünü çox ciddi rejimdə işləməyə məcbur edib. Buna görə də əksər dostlarından daha çox yaşayıb.O 1804 cü ildə 79 yaşında vəfat edib. Bu gün həmçinin Azərbaycanın görkəmli aktyoru və rejissoru Həsən Əblucun doğum günüdür. Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub.Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən aktyor müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Kinostudiyada film dublyajlarında iştirak edib.“Qatarda” televiziya tamaşasında yaddaqalan Sabit Mirzə obrazını yaradıb. Daha sonra Qardaşı Ənvər Əblucla birlikdə “Pəncərə” filmini çəkib. Həsən Əbluc 1994-cü ildə vəfat edib.