TÜRKİYƏNİN C130 HƏRBİ YÜK TƏYYARƏSİ RADARLARDAN İTİB
Baxış sayı: 22
Azərbaycanın Gəncə şəhərindən qalxdığı bildirilən Türkiyənin C-130 hərbi yük təyyarəsi Azərbaycan sərhədinin 5 kilometrliyində, Gürcüstan ərazisində, qəzaya uğrayıb.Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bilgi yayıb. Bildirilib ki, Azərbaycan və Gürcüstanın müvafiq strukturları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb. Hadisənin Sığnax (Siqnaqi) bələdiyyəsi ərazisində baş verdiyi bildirilir. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi ilə təhqiqat aparılır ki, bu da hava nəqliyyatı qaydalarının və ya istismar şərtlərinin pozulması nəticəsində ölümə səbəb olma hallarını əhatə edir. Qəzanın səbəbi və təyyarədəki əsgərlərin sayı ilə bağlı hələlik heç bir məlumat verilməyib. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya gürcüstanlı həmkarı Gela Geladze ilə telefonla danışdığını və onun hadisə yerinə getdiyini bildirib.
Türkiyənin C130 tipli təyyarəsi Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra qəza siqnalı göndərmədən aeronaviqasiya radarlarından itib. O, həyəcan siqnalı vermədən yoxa çıxıb, bundan sonra Mülki Aviasiya Administrasiyası müəyyən edilmiş axtarış-xilasetmə işlərinə başlayıb. Bu barədə bilgini Gürcüstan KİV-ləri yayıb.
