TÜRKİYƏNİN BURSA ŞƏHƏRİNDƏ NİZAMİ GƏNCƏVİYƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS İŞƏ BAŞLAYIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1549
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli”  elan edilməsi ilə görülən tədbirlərin davamı olaraq Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Bursa şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransın açılışı olub. İyulun 30-dək davam edəcək beynəlxalq konfrans bir neçə paneldən ibarətdir. Mərasim dünyanın altı ölkəsini təmsil edən yetmişdən çox nümayəndənin, o cümlədən görkəmli ədəbiyyatçıların və Nizamişünas tədqiqatçıların iştirakı ilə keçirilir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				