SALYANDA ÜZÜM BAĞLARINDA MƏHSUL YIĞIMI YEKUNLAŞIR

Salyan rayonundakı üzüm bağlarında yığım prosesi yekunlaşmaq üzrədir. Bağ sahibləri bu il daha çox məhsul götürmək üçün budamanı vaxtında başa çatdırıb, sahələri zərərvericilərə qarşı dərmanlayıblar. Nəticədə üzüm bağlarında bol məhsul yetişib. Məhsulun bolluğu təbii ki, əkilən üzüm sortları ilə də bağlıdır.