RUSİYA BAKIYA UÇUŞLARIN SAYINI ARTIRIR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 770
			
	
        
		
			
		
		
	
	
		Rusiyanın “Utair” aviaşirkəti bu aydan etibarən  Samara və Sankt-Peterburqdan Bakıya uçuşların sayını artırır. “Biz görürük ki, Azərbaycana təkcə Moskvadan deyil, regionlardan da turist axını durmadan artır. Biz sərnişinlərin səyahətini daha da rahat etmək üçün yeni və əlavə reyslər təqdim edirik. İndi şirkət Qroznı, Moskva, Samara, Sankt-Peterburq, Surqut, Tümen və Ufadan Bakıya birbaşa uçuşlar həyata keçirir. “Utair”in cədvəlinə Gəncə və Naxçıvana uçuşlar da daxildir”, - deyə “Utair”in prezidenti Oleq Semyonov bildirib. Aviaşirkət Rusiyanın regionları üzrə sərnişin və yük daşımalarının təmin edilməsində əsas rol oynayır. “Utair”in marşrut şəbəkəsinə 100-dən çox istiqamət daxildir. Şirkət bölgələrdən və paytaxtdan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkiyə şəhərlərinə uçuşlar həyata keçirir.
    
        
                    
            
	
	
				
				
		
	
	
				