RUSDİLLİ MƏKTƏBLƏR PULLU OLMALIDIR ?

Azərbaycan çox millətlı ölkədir, respublikamızda xeyli qarışıq ailələr var. Qnunvericiliymizə əsasən valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Bəli, son 5-10 ildə xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb.Bəs görəsən buna səbəb nədir ? Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə məncə heç də o demək deyil ki, bununun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var.