RAYON AVTOVAĞZALINDA SON DURUM NECƏDİR?

Qarşıdan Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramları gəlir. Adi günlərdə avtovağzallarda yalnız həftə sonları sıxlıq müşahidə olunurdusa, bayram günlərində qeyri-iş günlərini nəzərə alan insanların rayonlara, paytaxt Bakıya səfərləri artacaq ki, bu da avtovağzallarda sıxlıqlara səbəb ola bilər. Respublikanın hər yerində olduğui kimi Quba avtovağzalı da bayram günlərində bu sıxlığın qarşısının almaq üçün tədbirlər görür. Görülən tədbirlərdən biri də bayram günlərində avtovağzalın gücləndirililmiş iş rejimində çalışmasıdı.