RAMİZ QUSARÇAYLININ “VƏTƏN”POEMASI İŞIQ ÜZÜ GÖRÜB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 863
			
	
        
		
			
		
		
	
	
		44 günlük zəfər yürüşündən çox keçməmiş təpədən-dırnağa vətənpərvər olan görkəmli şair Ramiz Qusarçaylının  möhtəşəm “Vətən” poeması çapdan çıxıb və ədəbi aləmdə hadisə kimi qarşılanıb. Şairin Vətən sevgisi ilə dolub-daşan “Vətən” poeması uzun illər ərzində aparılan uğurlu araşdırmaların bəhrəsi kimi xalqın milli kimliyini ehtiva edən amillərin elmi, fəlsəfi və bədii təsdiqinə xidmət edir. Ramiz Qusarçaylı Azərbaycan poezi¬yasına töhfə olan və yüksək vətənpərvərlik hissi ilə qələmə alınan, xalqın tarixi keçmi¬şinin çox maraqlı dövrlərini canlandıran bu kitabında bədii fikrin, çağdaş ədəbi prose¬sin cəmiyyətin həyatında rolunu göstərə bilib. Onun hər səhifəsi Vətən varlığının 
ifadəsidir. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				