Sentyabrin 26-da Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayonun Çartəpə kəndində səyyar görüş-qəbul keçirib. Çartəpə kəndində vətəndaşlarla
keçirilən səyyar görüş-qəbuldan öncə cari tədris ilindən tipi ümumi orta məktəbdən tam orta məktəbə dəyişdirilərən təhsil müəssisəsi ilə tanışlıq olub. Tədrisin vəziyyəti ilə maraqlanan rayon rəhbərliyinə son illər Çartəpə məktəbində tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Məktəblə tanışlıqdan sonra keçirilən səyyar görüş-qəbulda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev cənab Prezident tərəfindən qəbul edilən Dövlət Proqramlarının uğurlu icrasından, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlardan, o cümlədən minimum əmək haqlarının, pensiya və müavinətlərin əhəmiyyətli dərəcədə artırılmasından, eyni zamanda problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılmasından və digər sosial ödənişlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verib.Son illər Quba rayonunun həyatındakı sosial-iqtisadi,yol-infrastruktur, tikinti-quruculuq sahələrindəki yeniliklər barədə məlumat verib. Çartəpəlilər Aşağı Xuc-Çartəpə-Xucbala avtomobil yolunun əsaslı təmir olunaraq asvaltlanmasından,Xucbala və Çartəpə kəndlərində yeni məktəb binalarının tikintisindən, Çartəpə məktəbinin tipinin dəyişdirilərək 9 illik ümumu təhsildən 11 illik tam orta tədrisə keçidindən , Xucbala kənd inzibati ərazi dairəsinə daxil olan bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunmasından,su artezian quyularının qazılmasından razılıqlarını bildiriblər. Prezident Administrasiyasının məsul işçisi Habil Əzəmmədovun da iştirak etdiyi Səyyar görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin icrası nəzarətə götürülüb. Həlli vacib məsələlərin icrası ilə bağlı aidiyyatı qurumların səlahiyyətlilərinə tapşırıqlar verilib.Səyyar görüş-qəbuldan sonra vətəndaşların müraciətləri əsasında kənd ərazisinə baxış olub.İcra başçısı kənd yolunda qrunt suların axıdılması üçün yeni keçid boru xəttinin quraşdırılması və Şəhidlər Xatirə Kompleksinin yenidənqurulması barədə aidiyyatı qurumların səlahiyyətlilərinə tapşırıqlar verib.