QUBADA QURBAN BAYRAMI NAMAZI QILINIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 531
			
	
        
		
			
		
		
	
	
		Qurban bayramı ilə əlaqədar ölkənin bütün məscidlərində olduğu kimi, Qubadakı məscidlərdə də bayram namazı  qılınıb. Qurban bayramı namazı Quba şəhərindəki 5 məsciddə və rayonun kəndlərində yerləşən dini məbədlərdə qılınıb. Mərasimdə din xadimləri və rayon sakinləri iştirak ediblər. 
Bayram namazında Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb. Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16 və17-də qeyd olunur.
    
        
                    
            
	
	
				
				
		
	
	
				