QUBADA ŞƏHİD AİLƏLƏRİNƏ QURBAN PAYI VERİLİB

Qurban bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd edilir. Bayram münasibətilə Qubada, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə Qurban payı verilib. Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələrini əhatə edən aksiya Azərbaycanın ilk Turizm və Biznes kanalı olan “Qafqaz TV” – nin informasiya dəstəyi və Avropa – Türk konfederasiyasının təşkilatçılığı ilə baş tutub.