QUBADA Ü.HACIBƏYLİNİN "LEYLİ MƏCNUN" OPERASI SƏHNƏLƏŞDİRİLDİ
Baxış sayı: 127
18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Xatırladaq ki, 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Ölkəmizin hər yerində olduğu kimi Quba rayonunun Bəşir Səfəroğlu adına Mədəniyyət mərkəzində də Milli Musiqi gününə həsr edilmiş tədbir keçirilib. Qonaqlar əvvəlcə mərkəzin foyesində milli musiqi günündən bəhs edən sərgi ilə tanış oldular.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin 1 dəyqəlik sükutla yad edilməsi və Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə çıxış edənlər musiqimizin inkişafına və yeni nəslin musiqi tərbiyəsinin möhkəmlənməsinə göstərilən dövlət qayğısından, eləcə də regionlarda musiqi təhsilinin yüksək səviyyədə təşkili üçün həyata keçirilən tədbirlərdən danışdılar.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsul şəxsləri , həmçininin mədəniyyət işçiləri, şəhid anaları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə Quba səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəylinin " Leyli Məcnun" operasından , eləcə də "Arşın Mal "alan və " O olmasın bu olsun " operettalarından səhnələr təqdim olundu. Milli musiqimizin klassik nümunələrindən ibarət konsert proqramı izləyicilər tərəfindən alqışlarla qarşılandı. Tədbir 3 rəngli Azərbaycan bayrağının səhnəyə gətirilməsi ilə yekunlaşdı.