QUBA MƏSCİDLƏRİNDƏ BAYRAM NAMAZI QILINIB
Baxış sayı: 14
Ramazan ayının başa çatması ilə əlaqədar Qubadakı məscidlərdə bayram namazı qılınıb. Quba şəhərindəki Ərdəbil məscidində və digər məcsidlərdə mübarək ayda oruc tutan mömin Quba sakinləri bayram namazı qılmaqla uca Allahdan diləklərinin hasil olmasını istəyib, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın daimi olmasını arzu ediblər. Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramıdır.
