"QLOBAL KƏND DİL KAMPI" LAYIHƏSİNƏ START VERİLDİ
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 860
			
	
        
		
			
		
		
	
	
		Qusarın İmamqulukənd tam orta məktəbində şagirdlərə oyun və əyləncəli metodlarla ingilis dili dərsləri  keçməyi  hədəfliyən “Qlobal Kənd Dil Kampı”  layihəsinə start verilib. Tədris prossesinə 75 şagird , 15 müəllim, 10 könüllü , 15 himayəçi ailə cəlb olunub.Sosial şəbəkələrdə toplanan vəsait hesabına başlayan layihəyə sonradan 100-ə yaxın kitab  və digər məktəbli ləvazimatları da  hədiyyə edilib.Təşəbbüs məktəbin  tarix müəlliməsi Suqra Cəfərovadan gəlib. Suqra Cəfərova kənd məktəbində tarix müəlliməsi olmaqla yanaşı , həm də kənd icması  və məktəblilərlə müxtəlif maraqlı layihələr həyata keçirir. Qeyd edək ki,  layihə  mayın 21 - dək hər həftə sonu baş tutacaq.  
    
        
                    
            
	
	
				
				
		
	
	
				