"QIRMIZI" FİLMİ BEYNƏLXALQ FESTİVALDA

Rejissor Tahir Tahiroviçin “Qırmızı” qısametrajlı bədii filmi də beynəlxalq festivalda iştirak edəcək. Sentyabrın 19-24-də XXVI Samara Beynəlxalq “Kino-detyam Festivalı keçiriləcək. Azərbaycan festivala Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, rejissor Tahir Tahiroviçin “Qırmızı” filmi ilə qatılıb.