QADIN ŞAHMATÇILARIMIZIN TARİXİ UĞURU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 781
			
	
        
		
			
		
		
	
	
		Çexiyada təşkil olunan qadın şahmatçılar arasında Avropa çempionatında təmsilçilərimiz  tarixi uğur qazanıblar. Qrossmeysterlərimizdən Günay Məmmədzadə turnirin gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medalına yiyələnib. Bununla da, nümayəndələrimiz ilk dəfə olaraq fərdi Qitə çempionatında mükafatçılar sırasına düşüblər. Bu nəticə ilə qadın şahmatçılarımız Avropa çempionatlarında millimiz üçün bir ilkə imza atıblar. 
Qeyd edək ki, Günay Məmmədzadə 11-ci turda polşalı Aleksandra Maltsevska ilə qarşılaşıb. Görüş sülhlə başa çatıb. Ülviyyə Fətəliyeva isə yığmamızın digər üzvü Gülnar Məmmədovanı məğlub edib. Maraq üçün deyək ki, Praqadakı turnirin qalibi polşalı Monika Soçko olub. O, yarışı 8,5 xalla başa vurub.
    
        
                    
            
	
	
				
				
		
	
	
				