QƏNİRƏ PAŞAYEVANIN XATİRƏSİ SƏNƏT ƏSƏRLƏRİNDƏ ANILIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 529
			
	
        
		
			
		
		
	
	
		“Hilton” hotelinin “SEVDA” zalında keçirilən “SƏNƏT UNUTMUR...” adlı tədbir şəhidlərin xatirəsinə sayğı duruşu  və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Tədbirdə qeyri-ənənəvi tətbiqi sənət növü – “Strinq art” ustası Minarə xanım Mehdinin mərhum Millət vəkili Qənirə xanım Paşayevanın istəyi ilə yaratdığı, Şuşa doğumlu görkəmli sənət xadimlərinin surəti və digər əsərləri nümayiş olunub.Giriş sözü söyləyən MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı tədbirin Mədəniyyət Komitəsinin mənəvi dəstəyi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi və “Gözəl Yaşam Mərkəzi”nin təşkilatçılığı ilə keçirildiyini bildirib.“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin fəaliyyətinə dair video-çarx nümayiş olunduqdan və Qənirə xanımın öz ifasında şeiri səsləndirildikdən sonra təşkilatçı qurumlar adından Arzu xanım Bağırovaya söz verilib.Sonra qonaqlardan çıxışları başlanıb. Millət vəkilləri – Arzu Nağıyev, Jalə xanım Əliyeva, Aydın Hüseynov, Məşhur Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur xanım Sofiyeva,Xalq rəssamı Arif Hüseynov  və b. öz ürək sözlərini söyləyib.Tədbirin bədii bölümündə Xalq artisti Simarə İmanova və d. sənətçilər Qənirə xanımın sözlərinə yazılmış mahnıları ifa ediblər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				