QƏBULLA BAĞLI QEYDİYYAT 29 MAYADƏK DAVAM EDƏCƏK
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 873
			
	
        
		
			
		
		
	
	
		Dövlət İmtahan Mərkəzi 2022-2023-cü tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün  qeydiyyat elan edib. Bu müddət ərzində namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidir. Nəzərinizə ki, İmtahanda iştirak ödənişlidir. Bunun üçün iddiaçılar “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına tələb olunan 110 manat məbləğində pul vəsaitini  əlavə etməlidirlər. Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının 2022-ci il iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.
    
        
                    
            
	
	
				
				
		
	
	
				