"Qəbul imtahanları bu il əvvəlki formatda keçirilməyə bilər". Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn qaydada keçirdiyi mətbuat konfransında deyib.
İmtahan modeli və qrafiki üzərində ciddi iş aparıldığını bildirən Məleykə Abbaszadənin sözlərinə görə, imtahanların keçiriləcəyi tarix Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı verdiyi qərardan asılıdır. Məleykə Abbaszadə onu da bildirib ki, keçiriləcək imtahanlarda da temperaturu olan şəxslər imtahana buraxılmayacaqlar. Bununla yanaşı, imtahan kütləvi keçirilsə abituriyentlərin oturuş qaydalarında da bir sıra dəyişikliklər ediləcək. Məleykə Abbaszadə ən gözlənilməz ehtimallar üçün də imtahan modelləri üzərində işlədiklərini bildirib. Onun szölərinə görə, dünya təcrübəsində tətbiq edilən modellər də müzakirə mövzusudur. Məleykə Abbaszadə onu da qeyd edib ki, Keçid balları isə müsabiqə şərtlərindən asılı olacaq. Onu da əlavə edək ki ,Biologiya fənnindən imtahanlara koronavirusla bağlı suallar da salınacaq".