PARLAMENT SƏDRLƏRİNİN RƏHBƏRLİK ETDİKLƏRI NÜMAYƏNDƏ HEYƏTLƏRİNİN ŞUŞAYA SƏFƏRİ BAŞLAYIB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1375
			
	
        
		
			
		
		
	
	
		Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri  Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iyulun 29-da Şuşa şəhərinə səfəri başlayıb. Səfər çərçivəsində nümayəndə heyətləri Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini və digər məkanları ziyarət etdikdən sonra Cıdır düzündə olublar. Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
    
        
                    
            
	
	
				
				
		
	
	
				