OĞUZ-ŞƏKİ AVTOMOBİL YOLUNUNDAN İSTİFADƏ EDƏNLƏRİN NƏZƏRİNƏ...
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 803
			
	
        
		
			
		
		
	
	
		Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması layihəsinə əsasən, Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu  üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.Daşağıl, Küngüt, Kiş, Qurcana çayları üzərində olan mövcud körpülərdə də təmir işləri aparılır. Zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə görülən işlərdəndir. Yenidənqurma işlərinin sonunda layihə boyu zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək.Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				