NAXÇIVANA AVTOBUS BİLETLƏRİNİN QİYMƏTİ NEÇƏYƏDİ ?

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bildirilib ki, ilkin olaraq yalnız səhər reyslərinin fəaliyyəti nəzərdə tutulur.Sərnişinlər dünəndən etibarən bu günün səhər saat 9 reysinə, eləcə də növbəti günlərə gediş bileti əldə edə bilirlər. Gediş biletinin qiyməti 30 manat, 5-10 yaş arası uşaqlar üçün isə 50% güzəşt olmaqla 15 manat təşkil edir.Gediş biletlərini Bakı Beynəlxalq Avtovağzalının kassalarından, eləcə də avtovağzala gəlmədən internet üzərindən avtovagzal.az saytı vasitəsi ilə "online" gediş bileti sifariş edə bilərsiniz.