NAXÇIVAN YENİDƏN ATƏŞƏ TUTULDU
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 399
			
	
        
		
			
		
		
	
	
		Avqustun 28-i saat 18:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.  Müdafiə Nazirliyindən verilən bilgiyə görə, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
    
        
                    
            
	
	
				
				
		
	
	
				