NAFTALANDA AVTOMOBİL YOLLARININ TƏMİRINƏ 3 MİLYON MANAT AYRILDI
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1505
			
	
        
		
			
		
		
	
	
		"Azərbaycan Respublikası Konstitusiyasının  109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
    
        
                    
            
	
	
				
				
		
	
	
				