MOSKVADA AZƏRBAYCAN VƏ RUSİYA PREZİDENTLƏRİNİN GÖRÜŞÜ OLUB

Iyulun 20 – də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib. Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri iyulun 20-də başa çatıb.