MİSİRİN TANINMIŞ ALİMİ AZƏRBAYCAN HAQQINDA VİDEO YAYIMLAYIB

Misirin tanınmış alimi, professor Xalid Əzab “Mədəniyyətlər və kitablar” adlı şəxsi yutub kanalında və feysbuk sosial şəbəkəsindəki hesabında Misir ictimaiyyətinə və ərəbdilli izləyicilərə Azərbaycanın coğrafi mövqeyi, tarixi və mədəniyyəti haqqında müfəssəl məlumat verib. O, eyni zamanda, ölkəmizin zəngin mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin İslam irsinin mühüm hissəsi olduğunu vurğulayıb.