METROPOLİTEN KOLLEKTİVİ UŞAQLARI TƏBRİK EDİB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 857
			
	
        
		
			
		
		
	
	
		Ənənəsinə sadiq qalan "Bakı Metropoliteni" QSC dünən  "İçərişəhər" stansiyasında azyaşlı sərnişinlər üçün  zəngin şou proqram təşkil edib.
Hər il Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı müxtəlif tədbirlər keçirən metropoliten kollektivi COVİD-19 pandemiyası səbəbindən ötən iki ildə bu ən-ənəsini karantin qaydalarına uyğun olaraq keçirmək məcburiyyətində qaldı. Amma 2022-ci ildə artıq karantin qaydaları aradan qaldırıldığından metropoliten kollektivi yenidən öz ənənəsinə sadiq qalaraq balacaları təbrik etdi
    
        
                    
            
	
	
				
				
		
	
	
				