MAYIN 9-UNDAN 16 -DƏK QEYRİ- İŞ GÜNÜDÜR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1060
			
	
        
		
			
		
		
	
	
		Ramazan bayramı ilə əlaqədar iş günlərinə  və karantin rejiminə dəyişiklik edilib
Nazirlər Kabinetinin Qərarına əsasən, ölkə ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bu barədə Nazirlər Kabinetindən bildirilib. Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq. Nazirlər Kabinetinin digər Qərarına əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
    
        
                    
            
	
	
				
				
		
	
	
				