"MACƏRA YAXINDADIR!"

“Macəra yaxındadır”deyə bilərsiz nə macərəsindən danışırıq.eyni adlı kampaniya Yaxın günlərdə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkədaxili turizm kampaniyası ictimaiyyətinə təqdim olunub.

Sözügedən Kampaniyanın əsas məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa həvəsləndirməklə vətəndaşlarımız üçün bütün turizm təkliflərini bir araya gətirməkdir. Belə bir halda ölkədaxili turizmi inkişaf etdirməyin ən vacib məqam olduğunu nəzərə alsaq “macarəmiz yaxındadır” Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü ilə yaradılmış kampaniya Azərbaycan Respublikası vətəndaşları və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan fiziki şəxslər arasında ölkədaxili turizmin inkişaf etdirilməsinə yönəlib. Belə ki, www.macerayaxindadir.az veb-səhifəsində kampaniyanın tərəfdaşı olan turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər yerləşdiriləcək. Kampaniyaya çərçivəsində bütün yerli şirkətlər əməkdaşlığa dəvət olunurlar. Ölkədaxili turizm fəaliyyəti üzrə dövlət tənzimlənməsinin bir istiqaməti olaraq kampaniya ölkədaxili turizmin inkişafını və fəallaşmasını təmin edəcəkdir. Yeni sayt turistlərə ölkənin turizm potensialı haqqında yetərincə məlumat vermələ yanaşı, uçuş biletləri, mehmanxana və müxtəlif tur paketlərini müqayisəli formatda təqdim edərək çoxçeşidli imkanlar tanıyır. Bir sözlə ,yerli turistlərin Azərbaycanı tərk etmədən maraqlı və unudulmaz səyahəti üçün tam şərait yaradılacaq”.