MƏDƏNİYYƏT NAZİRİ “TƏHSİL VƏ DİNİ MÜXTƏLİFLİK” MÖVZUSUNDA KEÇİRİLƏN SESSİYADA ÇIXIŞ EDİB

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İtaliyanın Bolonya şəhərində keçirilən G20 sammiti çərçivəsində təşkil olunan Dinlərarası Dialoq Forumunun “Təhsil və Dini müxtəliflik” mövzusunda keçirilən sessiyasında çıxış edib. Tədbirdə BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Angel Moratinos, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İtaliyanın təhsil naziri Patrizio Bianki, Albaniyanın təhsil, idman və gənclər naziri Evis Kuşi və digər qonaqlar iştirak edib.