MÜSTƏQİLLİK ƏN BÖYÜK SƏRVƏTİMİZDİR
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 1111
			
	
        
		
			
		
		
	
	
		Bu gün Azərbaycanın Milli bayramı Müstəqillik Günü  qeyd olunur. 104 il əvvəl şərqdə ilk Demokratik Respublika qurulub. 1918- ci ilin  mayın 28- də Azərbaycan Xalq Cumurhiyyətinin yaradılması ,  ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu.  Müstəqil , azad , Demokratik Respublikla qurmaq  məqsədini qarşıya  qoyan  Azərbaycan Xalq Cumurhiyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şürunu özünə qaytardı.  Onun öz müqərəatını təyin etməyə qadir olduğunu nümaiş etdirdi.  1918- ci ilin mayın 28- də  qəbul edilən “ İstiqlal “ bəyannaməsindən də  göründüyü kimi  bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Azərbaycan Xalq Cümurhiyyətinin qurulması 28 may 1918- ci ildə Tiflis şəhərində  Qafqaz canişininin binasında  Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu  Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.  Azərbaycan Xalq cumurhiyyəti dövründə  qaldırılan üç rəngli bayrağımız artıq Şuşada , Laçında,  Kəlbəcərdə , Cəbrayılda ,  Qubadlıda  Ağdamda , Zəngilanda , Füzulidə  ümumilikdə  bütün Qarabağda  dalğalanır. 44 günlük  Vətən Müharibəsində  Azərbaycan  ordusunun qəhrəman hərbiçiləri  öz cəsarəti ilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  ilə buna nail oldular. 
    
        
                    
            
	
	
				
				
		
	
	
				