MÖVQELƏRİMİZ ATƏŞƏ TUTULUB
	
		
		
		
		
				
		
	
						
	
		
		
					
	
	
	Baxış sayı: 876
			
	
        
		
			
		
		
	
	
		Martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki  qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Hazırda həmin istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır. Bəs son günlər separatçıların belə aktivləşməsinə  səbəb nədir ?
    
        
                    
            
	
	
				
				
		
	
	
				