KORONAVİRUS TƏHLÜKƏSİ

 (COVİD-19) adlandırılan infeksiya dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. 2002-ci ildə Çində 774 nəfərin ölümünə səbəb olan Şiddətli Kəskin Respirator Sindromu virusunun qohumu adlandırılan koronavirus infeksiyası dekabrdan bu günə qədər 7988 nəfərin həyatına son qoyub.

Çinin Uhan şəhərində yayılmağa başlayan epidemiya Azərbaycanda daxil olmaqla artıq 162 ölkədə qeydə alınıb.Sözü gedən ölümcül virusa yoluxma hallarının qarşısını almaq məqsədilə ölkə ərazisində dezinfeksiya işləri aparılır. Bu işlər əsasən, ictimai nəqliyyat, təhsil və səhiyyə müəssisələri, dövlət idarələri, ictimai-iaşə obyektlərində həyata keçirilir. Dezinfeksiya işləri zamanı həmçinin yaşayış binalarının giriş hissəsi və parklar da diqqətdə saxlanılır. Yeni virus insanlara hava-damcı,qida ,ərzaq məhsulları və təmasla yoluxaraq öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verir.Bu halların baş verməməsi üçün insanlar ilk növbədə nələrə əməl etməlidirlər ? Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 198 602-ə çatıb. Bunların 82 782 nəfəri sağalıb, 7 993 nəfəri isə dünyasını dəyişib.Azərbaycanda isə 34 nəfər epidemiyaya yoluxub, onlardan 6 -ı sağalıb 1-i isə dünyasını dəyişib. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını (COVİD-19) qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Xatırladaq ki,pandemiya ,yoluxucu xəstəliyin ölkənin bütün ərazisində, qonşu ölkələrdə, bəzən isə dünyanın bir çox ölkəsində kütləvi şəkildə yayılmasına gətirib çıxaran ifrat güclü epidemiyadır.